Əlaqə Arxiv
news Image
2014.10.10
15:45
| A A A
Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər çiskinli, gün ərzində dəyişkən buludlu hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib ki, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14, gündüz 17-22 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında gecə bəzi yerlərdə yağış yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 9-15, gündüz 18-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz