Əlaqə Arxiv
news Image
2014.10.10
15:54
| A A A
İlham Əliyev: "Regional təhlükəsizlik məsələləri narahatlıq doğurur"
"Mən bu fikirlə razılaşıram ki, MDB-nin potensialı bitməyib, bu, regional, beynəlxalq həyatda qarşılıqlı təsir üçün yaxşı meydançadır."

Bunu Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçılarının Minskdə keçirilən Sammitində çıxışı zamanı deyib.


Dövlət başçısı bildirib ki, Birlik ölkələrinin əməkdaşlığı təhlükəsizlik sahəsində problemlərin həlli üçün yaxşı nəticələr verə bilər: "Azərbaycan MDB-də iştiraka böyük əhəmiyyət verir, təşkilat çərçivəsində çox məsələlərdə müsbət işlər görülüb. Bizdə iqtisadi sferada yaxşı nəticələr var."


İ.Əliyev regional təhlükəsizlik məsələsinə də toxunub: "İndi regional təhlükəsizlik məsələləri narahatlıq doğurur. Yaxın Şərqdə formalaşan vəziyyət bizi də, Avropanı da narahat edir."


Sizin Reklam Yeriniz