Əlaqə Arxiv
news Image
2014.10.11
10:15
| A A A
Azərbaycan filmi mükafat alıb

Azərbaycan filmi SİLAFEST – VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında ən yaxşı turizm filmi mükafatına layiq görülüb

Movqe.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Serbiyanın Veliko Qradişte şəhərində keçirilən SİLAFEST - VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında azərbaycanlı rejissor Mariya İbrahimovanın "Azərbaycan: Şərqin Avropa cazibəsi" adlı filmi ən yaxşı turizm filmi mükafatına layiq görülüb.

Bundan əlavə, Kanadanın Monreal şəhərində Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə "Azərbaycan film festivalı" keçirilib. Kvebek Azərbaycan Film Həvəskarları Assosiasiyası tərəfindən Konkordiya Universiteti və Monreal Savalan Mədəniyyət Qrupu ilə birgə təşkil edilən və üç gün davam edən festivalda Kanada tamaşaçılarına "Sahə", "Qala", "Sarı gəlin", "Xoca", "Hökmdarın taleyi" və "40-cı qapı" kimi Azərbaycan filmləri nümayiş etdirilib.

Sizin Reklam Yeriniz