Ərdoğandan sərt açıqlama
Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğanölkə
gündəmini zəbt edən Kobani hadisələri ilə bağlı hökumətin mövqeyi
barədə söylənənlərə aydınlıq gətirib.
Movqe.az milli.az-a istinadən xəbər verir ki, Ərdoğan ölkədə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsinə icazə verməyəcəklərini bildirib.
"Ölkəmizdə qeyri-qanuni fəaliyyətlərə icazə verməyəcəyik. Hər şey qanun çərçivəsində reallaşdırılacaq. Qanunu pozmağa çalışanlar isə əvvəl-axır bunun cəzasını çəkəcək", - R.T.Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti, həmçinin bəzi ölkələrin bu məsələdə laqeyd qaldığı halda, ölkəsinin müəyyən işlər gördüyünü də diqqətə çatdırıb: "Bu problem bəzi ölkələrə, onların dindaşlarına, ya da neft quyularına çatmayana qədər laqeyd idilər. Lakin biz bu məsələdə də insani nöqteyi-nəzərdən yanaşmağı bacardıq".
"Bir sıra ölkələr öz müttəfiqlərini qorumaq məqsədilə 250 mindən çox insanın ölümünə, 6 milyondan çox insanın yerlərindən didərgin düşməsinə tamaşaçı qaldığı halda, biz hamı üçün sülh dedik, hamı üçün ədalət istədik".