Əlaqə Arxiv
news Image
2014.10.11
19:15
| A A A
Bakıda 3 avtomobil yandı

Bakı şəhəri, Xətai rayonunda iki avtomobil yanıb.Movqe.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, sahibi məlum olmayan "OPEL" markalı minik avtobobilinin mühərriki və qabaq təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi nəticəsində "PEUGEOT" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəzər rayonunda isə vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz