Əlaqə Arxiv
news Image
2014.10.11
20:11
| A A A
Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək.

Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-dən 17-dək Ellvaqen şəhərində (Almaniya) "Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma" mövzusunda seminar, 13-dən 17-dək İstanbul şəhərində (Türkiyə) Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi, 13-dən 24-dək Vışkov şəhərində (Çexiya) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu, İstanbul şəhərində (Türkiyə) Funksional vəzifələr üzrə təlim, 14-dən 18-dək İstanbul şəhərində (Türkiyə) NATO kollektiv regional təliminin (REGEX-14) 7-ci planlaşdırma görüşü keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Sizin Reklam Yeriniz