Əlaqə Arxiv
news Image
2014.10.11
16:55
| A A A
Müsavatdan kütləvi istefa - SİYAHI

Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas rəhbəri olduğu qurumdan gənclərin istefa verməsinə münasibət bildirib.
Ə. Abbas "Qafqazinfo"ya açıqlamasında bildirib ki, artıq 11 nəfər gənc istefa verib: "O gənclərin hər birini demək olar ki, mən şəxsən tanıyıram. Müəyyən etdiyimiz hədəflərə, dəyərlərə bağlı insanlardır. Onlar istənilən şəraitdə ölkədəki situasiyanı dəyişmək üçün mübarizələrini davam etdirəcəklər. Amma son günlər Arif Hacılının iştirakı ilə gizli bir facebook qrupunun formalaşdırılması, bir kəsimin bölücülük edərək ayrıca bir qrupa salınması, həmin o facebook qrupunda partiyanın kənarda qalan üzvlərinin ən ağır formada söyüşlərlə təhqir olunması həmin gəncləri partiya içində fəaliyyətini yenidən gözdən keçirməyə vadar edir. Gənclər yeni başqanın bizim qoyduğumuz hədəflər uğrunda hər hansı bir uğura nail olacağına və yaxud da gənclərin gözləntilərinin doğruldacağına şübhə ilə yanaşırlar, inanmırlar. Bu baxımdan həmin komandada təmsil olunmaq istəmirlər".
Ə. Abbas özünün də sədrlikdən istefa verəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O qeyd edib ki, hazırda istefa vermək fikri yoxdur: "Amma işlər maraqlı istiqamətdə irəliləyir. Demək olar ki, hazırda generallarından məhrum olmuş döyüşçü vəziyyətindəyəm. İllərdir bir yerdə fəaliyyət göstərdiyimiz təşkilatın özülləri sayılan şəxslər partiyanı tərk edir. Amma situasiyanın hansı istiqamətdə irəliləyəcəyini proqnozlaşdıra bilmirəm".
"Qafqazinfo" partiyadan istefa verən 9 gəncin adını dəqiqləşdirib. Gənclər Təşkilatının sədri Əhliman Abbas da siyahını təsdiqləyib.

İlham İlhamoğlu
Nəcmi Davudzadə
Rauf Məmmədli
Elçin Cərullayev
Rasim Əhməd
Elsevər Əhməd
Amanxan Amanxanlı
Firuz Oruclu
Daşqın Ağayev

Sizin Reklam Yeriniz