Əlaqə Arxiv
news Image
2014.10.12
12:14
| A A A
Apple yeni rekord vurdu
Apple şirkəti mədaxilinin yarısından çoxunu iPhone və digər mobil qurğuların satışından əldə edir, lakin Mac kompüterlərinin satış həcmi qlobal trendə baxmayaraq artmaqda davam edir.

Nəticədə ötən rübdə ABŞ istehsalçısı ilk dəfə dünya fərdi kompüterlər bazarının liderlər beşliyində yer alıb. Bu barədə IDC analitik şirkətinin 2014-cü ilin üçüncü rübü üçün hesabatında deyilir.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, hesabat dövründə Apple 4 milyon 982 min müxtəlif model Mac kompüteri satıb ki, bu da ümumi qlobal satışın 6,3 faizini təşkil edir. Üçüncü rübdə ilin ilə nisbətində tədarük həcmi 8,9 faiz yüksəlib. Bunun sayəsində ABŞ şirkəti Asus istehsalçısını altıncı yerə sıxışdırmağa nail olub.

Aparıcı fərdi kompüter istehsalçıları reytinqində ilk dörd yer ənənəvi lider şirkətlər arasında bölünüb. Belə ki, Çinin Lenovo şirkəti 20 faizlik payla birincidir. İkinci yerdə ABŞ-ın HP (18,8 faiz), üçüncüdə Dell (13,3 faiz), dördüncüdə Tayvanın Acer (8,4 faiz) şirkəti qərarlaşıb. Ümumilikdə sahə üzrə satış həcmi ekspertlərin gözlədiyindən yaxşı olub. 2013-cü ilin üçüncü rübü ilə müqayisədə azalma proqnozlaşdırılan 4,1 faiz əvəzinə 1,7 faiz təşkil edib, - Vesti yazır.

Sizin Reklam Yeriniz