Əlaqə Arxiv
news Image
2014.10.13
00:00
| A A A
Toydan qayıdanlar qəzaya düşdülər: 1 ölü, 4 yaralı - FOTO
Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Movqe.Az APA-ya istinadən bildirir ki, hadisə oktyabrın 11-də axşam saat 21 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. 1964-cü il təvəllüdlü, Zaqatala şəhər sakiniBehbud Murtuz oğlu Şerelovidarə etdiyi "VAZ 21074" markalı 62 BH 765 dövlət nömrə nişanlı avtomobillə Qaxdan Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənərındakı dərəyə aşırıb.

Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Behbud Şerelov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Zaqatala rayonu Yengiyan kənd sakinləri, 1994-cü il təvəllüdlüMari Qurban qızı Əlixanova, 1983-cü il təvəllüdlüPərvanə Xəlil qızı Əliyeva, 1989-cu il təvəllüdlüCahan Nazim oğlu Əlixanovvə Zaqatala rayonu Lahıc kənd sakini, 1978-ci il təvəllüdlüElnarə Xəlil qızı Əlixanovaaldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralıların müalicəsi xəstəxanada aparılır, onların vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, yol qəzasına düşən şəxslər Qaxın Güllük kəndində keçirilən toy məclisindən evə qayıdırlarmış.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.


məclisindən evə qayıdırlarmış.



Sizin Reklam Yeriniz