Honkonqda yeni iğtişaşlar başladı
Çinin Honkonq yarımmuxtar regionunda etiraz aksiyaları bu səhər də
davam edib.Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə,
Honkonqun Monq Kok bölgəsində demokratiya tərəfdarları olan
etirazçılarla polis arasında toqquşmalar baş verib. Qarşıdurmaya
etirazçıların yeni barrikadalar qurmağa çalışması səbəb olub.
Toqquşmalar zamanı bir neçə etirazçının polis tərəfindən
saxlanıldığı bildirilir.
İnsident zamanı etirazçıların olduğu əraziyə sürülən avtomobilin 3 taksi ilə toqquşması da vəziyyəti gərginləşdirib.
Honkonqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Aksiya iştirakçıları Honkonq administrasiyasının rəhbərinin Pekin tərəfindən müəyyənləşdirilməsini deyil, Honkonq sakinləri tərəfindən seçilməsini tələb edirlər. Rəsmi Pekin isə yarımmuxtar regionda seçki modelinin dəyişilməyəcəyini bəyan edib.