Əlaqə Arxiv
news Image
2014.10.13
10:52
| A A A
İnsan Resursları mütəxəssislərinə şad xəbər – Müsabiqəyə start verildi

Azərbaycanda keçirilən "Marketing Kingdom", "Golden Crown Awards" və ya "Baku HR Experience" kimi beynəlxalq biznes tədbirlərinin təşkilatçısı "P World" "Excellence in HR Awards" tədbirinin ikinci buraxılışını açıq elan edib.Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu mükafatlar hazırda İnsan Resursları (İR) sahəsində ən yaxşı mütəxəssislər, komandalar və strategiyaların ədalətli şəkildə mükafatlandırılması və tanıtımı üçün Azərbaycanda yeganə müsabiqə hesab olunur. "Four Seasons" mehmanxanasında baş tutan, kiçik, orta və iri müəssisələrdən təşrif buyuran ən yaxşı İR mütəxəssisləri və komandalarının mükafat və diplomlara layiq görülməsi ilə nəticələnən ilk buraxılış 2013-cü ilin noyabr ayında keçirilib.

Bir çox Avropa ölkələrində ənənəvi olaraq keçirilən tədbirin bu ilki buraxılışında Dell, Novartis, JCDecaux və New Look kimi bir çox şirkətlərdə baş İR vəzifələrində çalışan və ya hazırda çalışmaqda olan Xavier Molinié, Barbara Wright-Avlitis və David Bannister kimi beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti iştirak edəcək.Birinci buraxılışda olduğu kimi, bu il də maksimum dərəcədə ədalətli rəqabət təşkil etmək məqsədilə müsabiqə iştirakçıları təşkilatçılar tərəfindən irəli sürülməyəcək, onların özlərinin təqdim olunmuş linkdən onlayn ərizə formasını doldurmaları lazım gələcək. Bunun üçün: http://thepworld.com/hr_awards ünvanına daxil olmaq zəruridir.Ərizələrin təqdim olunması üçün son tarix 27 oktyabrdır və hər bir mükafat üzrə final mərhələsinin iştirakçıları 1 noyabr tarixinə qədər elan olunacaq. Qala Mükafatları tədbiri 7 noyabr tarixində baş tutacaq. Tədbir zamanı qaliblərin qısa nitq söyləmək, qırmızı xalça üzərində fotosessiyada iştirak etmək və öz həmkarları ilə şəbəkələşmək, əlaqələr qurmaq şansları olacaq.

İnsan Resursları, ehtiyat kadrların cəlb olunması sahələrində ixtisaslaşan və ya innovativ təşəbbüslərə malik yerli şirkətlərin müraciət etməsi xüsusən tövsiyə olunur.

Mükafatlar AmCham Azerbaijan, Smart Resources Group, Boutique Baku Magazine, trend.az, day.az. tərəfindən dəstəklənir.

Qala ilin ən böyük İR tədbiri olan "Baku HR Experience 2" tədbirinin sonunda baş tutacaq.

Sizin Reklam Yeriniz