Əlaqə Arxiv
news Image
2014.10.13
18:47
| A A A
Tezliklə atəşkəs tamamilə təmin ediləcək

Ukrayna Dövlət Başçısı Petro Poroşenko, "atəşkəsin tezliklə tamamilə təmin olunacağını" söyləyib. Milli televiziya kanalı vasitəsilə xalqa səslənən Poroşenko, ölkənin şərqindəki inkişaflarla əlaqədar məlumat verib. Movqe.az xəbər verir ki, Minskdə sülh planına bağlı protokolun imzalanmasından bu yana keçən bir ayda bir çox nəticənin əldə edildiyini bildirən Poroşenko, bu çərçivədə düşmənin hücumlarını dayandırmağı bacardıqlarını, geniş bir bölgədə atəşkəsin təmin edildiyini və həlak olan əsgərlərin sayının azaldığını qeyd edib. Poroşenko, terroristlərin əlindəki təxminən 1500 girovun xilası və bütün girovların azad edilməsi üçün cəhdlərin davam etdiyini vurğulayıb. 


Sizin Reklam Yeriniz