Əlaqə Arxiv
news Image
2014.10.14
14:00
| A A A
Azərbaycanın hərbi xərcləri artırılır
Azərbaycanda gələn il büdcədən müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi 3,1 faiz artacaq. Maliyyə Nazirliyindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2014-cü il dövlət büdcəsi xərclərinin 5,8 faizini təşkil edəcək.Məhkəmə sisteminin saxlanılması xərcləri üçün 2015-ci il dövlət büdcəsində 52,3 milyon manat vəsait pronozlaşdırılıb ki, bu da 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 13,2 milyon manat və yaxud 34 faiz çoxdur. Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Sizin Reklam Yeriniz