Komitə reydlərə başladı-Eksklüziv
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi (SMPDK) sertifikatsız qaz sobalarının satışının
qarşısının alınması məqsədilə redylərə başlayıb. Komitənin mətbuat
xidmətinin rəhbəri Fazil Talıblının Movqe.az-a verdiyi məlumata
görə, monitorinqlər mövsümlə əlaqədar daha da gücləndirilib:
"Payız-qış aylarında qaz sobalarna tələbat daha çox olduğuna görə
komitə yanında dövlət nəzarət xidməti bu sahəyə nəzarət
tədbirlərini daha da intensivləşdirib. Sertifikatsız qaz
sobalarının satışının qarşısını almaq üçün artıq reydlərə start
verilib. İstehlakçılar da, qaz sobası alarkən sertifikat tələb
etməyi, həyat və sağlamlıqları üçün potensial təhlükə olan sobaları
almamalıdırlar. Artıq Komitə nəzarət tədbirlərini
gücləndirib. Amma alıcılar da satışdakı keyfiyyətsiz sobalarla
bağlı Komitəyə məlumat verə bilər".