Əlaqə Arxiv
news Image
2014.10.14
15:38
| A A A
İraqın Azərbaycandakı səfiri: “Arzum budur ki, Dağlıq Qarabağ torpağı sülh yolu ilə öz sahibinə qaytarılsın”

"Arzum budur ki, Azərbaycanın unudulmaz ağrı-acısı olan Dağlıq Qarabağ torpağı sülh yolu ilə öz sahibi Azərbaycana qaytarılsın".


APA-nın məlumatına görə, bunu Qədir-Xum bayramı münasibətilə keçirilən tədbirdə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak deyib.

 

Səfir Dağlıq Qarabağla yanaşı, digər münaqişəli torpaqların da öz sahibinə qaytarılmasını, bütün müsəlman dünyasında sülh və əmin-amanlığın bərqərar olmasını arzu edib: "Eyni zamanda Fələstin torpaqlarının da öz sahibinə qaytarılması üçün dua edirəm. Bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq bərqərar olsun. İraqda, Suriyada, Misirdə, Liviyada, Yəməndə və digər ölkələrdə yaşayan müsəlmanlar heç bir əziyyətdən, heç bir zülmdən əziyyət çəkməsin".

 

Səfir qeyd edib ki, bu gün müsəlman ölkələrində "Əl-Qaidə" və "İŞİD" kimi terror təşkilatlarının törətdiyi vəhşiliklər hamıya bəllidir: "Terrorçular insanları yurd-yuvasından didərgin salır, qadınları, uşaqları qətlə yetirirlər. Onlar dünyada əmin-amanlığa son qoymaq üçün saxta müsəlmanlar yetişdirməklə məşğuldurlar. İslam adı altında fəaliyyət göstərən bəzi qurumlar var ki, islamı ləkələmək istəyirlər. Arzum budur ki, Allah onları məhv eləsin". 

Sizin Reklam Yeriniz