Əlaqə Arxiv
news Image
2014.10.14
16:15
| A A A
Azərbaycan hərbi büdcəsini artırdı

Azərbaycanda gələn il büdcədən müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi 3,1 faiz artacaq. 


Movqe.az xəbər verir ki, bu haqda informasiyanı Maliyyə Nazirliyi yayıb. Xəbərdə deyilir ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur.


Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2014-cü il dövlət büdcəsi xərclərinin 5,8 faizini təşkil edəcək.


Məhkəmə sisteminin saxlanılması xərcləri üçün 2015-ci il dövlət büdcəsində 52,3 milyon manat vəsait pronozlaşdırılıb ki, bu da 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 13,2 milyon manat və yaxud 34 faiz çoxdur.


Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Sizin Reklam Yeriniz