Əlaqə Arxiv
news Image
2014.10.15
10:48
| A A A
Serbiya-Albaniya matçındakı davaya görə Albaniyanın baş nazirinin qardaşı həbs olunub

Albaniyanın baş naziri Edi Ramanın qardaşı Olsi Rama AVRO-2016-nın seçmə mərhələsində Serbiya-Albaniya oyunu zamanı həbs olunub. Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, "Partizan" stadionunun VİP lojasından oyunu izləyən Olsi Rama stadiona kiçik pilotsuz təyyarə ilə buraxılmış Albaniya milli azadlıq ordusunun bayrağı ilə bağlı insidentin təşkilində şübhəli bilinir.Polisin məlumatına görə, bayraq yaxınlıqdakı kilsənin damından buraxılıb, Olsi Rama isə onu VİP lojasından birbaşa idarə edib.Qeyd edək ki, Albaniya milli azadlıq ordusunun bayrağı meydançaya Serbiya-Albaniya oyununun birinci hissəsinin sonunda buraxılıb. Nəticədə hər iki komandanın oyunçuları arasında dava düşüb. Oyun yarımçıq dayandırılıb.


Sizin Reklam Yeriniz