Əlaqə Arxiv
news Image
2014.10.15
12:40
| A A A
Təhsil naziri ilə görüşmək istəyənlərin nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 20-də saat 11.00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək. Movqe.az xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 15, 16 və 17-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://www.edu.gov.az/view.php?ang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Sizin Reklam Yeriniz