Əlaqə Arxiv
news Image
2014.10.15
18:23
| A A A
ABŞ-ın Azərbaycandakı səfirliyi: Ceyms Uorlik şəxsi məsələlər üzündən Bakıya gələ bilməyib

 ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana səfər edə bilməyib. Bu barədə APA-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən bildirilib."Ceyms Uorlik bu həftə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri planlaşdırsa da, şəxsi məsələlər üzündən həmkarlarına qoşula bilməyib. Buna baxmayaraq ABŞ tərəfi Azərbaycan hökuməti ilə keçirilən görüşlərdə təmsil olunub. Səfir Uorlik həmkarlarının səfərinin məhsuldar olduğuna inanır, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutacaq görüşünü səbirsizliklə gözləyir", - deyə ABŞ səfirliyinin məlumatında qeyd olunub. Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) və Pyer Andriu (Fransa) artıq Bakıdadırlar. Həmsədrlərin regiona səfəri oktyabrın 18-dək davam edəcək.

Sizin Reklam Yeriniz