Əlaqə Arxiv
news Image
2014.10.15
19:05
| A A A
AMEA-nın magistratura pilləsinə qəbul aparılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə qəbulun aparılmasına dair razılıq əldə olunub. AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı Nazirlər Kabineti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə danışıqlar aparılıb. Onun sözlərinə görə, AMEA-nın magistraturasına 42 ixtisas üzrə qəbul aparılacaq: "Magistraturaya qəbulun 2015-ci il ilin fevral ayında aparılması nəzərdə tutulub. Bundan əlavə, təhsil naziri Mikayıl Cabbarovla aparılan danışıqlara və əldə olunan razılığa əsasən, bir lisey akademiyanın himayəsinə veriləcək. AMEA həmin liseydə şagirdlərə lazımi biliklər verəcək. Bununla da təhsilin 5 pilləsindən 4 pilləsi akademiyada mövcud olacaq. Belə ki, şagirdlər AMEA-nın liseyində təhsil aldıqdan sonra bakalavriat təhsilini hər hansı bir ali məktəbdə alacaq, sonradan yenidən akademiyanın magistratura, doktorantura və dissertanturasında təhsil ala biləcəklər".


Sizin Reklam Yeriniz