Əlaqə Arxiv
news Image
2014.10.16
13:15
| A A A
(R) “Azercell” Azərbaycan və Qafqaz regionunda ilk Elm Festivalına dəstək olur

Bu il noyabrın 10-11-də paytaxtda ölkənin ən iri telekommunikasiya şirkəti olan "Azercell Telekom"un sponsorluğu ilə Bakı Elm Festivalı 2014 keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə baş tutan tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə hazırlanır. Qafqaz regionunda ilk belə formatda tədbir olacaq Bakı Elm Festivalında son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək. Festival boyunca müxtəlif məkanlarda gənc alimlərin çıxışları, yaradıcılıq nümunələri və interaktiv sərgilərlə tanışlıq nəzərdə tutulub. 

"Azercell" şirkəti festival iştirakçılarını mobil rabitə, və Wİ-Fİ şəbəkəsi ilə təmin edir. Bundan əlavə, "Azercell" tərəfindən AMEA işçiləri üçün xüsusi nömrələr də təqdim olunub.  "Azercell" həmçinin, elmlə istehsalı, elmlə sənayeni görüşdürmək üçün festival iştirakçılarına, gənc alimlərə platforma yaradır.

 

Bakı Elm Festivalının iştirakçılarını elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən şoular, elmi-populyar filmlərin nümayişi gözləyir. Əsas tədbirlər Akademiya şəhərciyində - AMEA-nın əsas binasında və yeni açılmış Mərkəzi Elmi Kitabxanada keçiriləcək. Universitetlər də bu təşəbbüsə qoşulacaq - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Aviasiya Akademiyası,  Ali Neft Məktəbində maraqlı görüşlər baş tutacaq. Festival çərçivəsində 3 orta məktəbdə - 134, 23 və 6 saylı məktəblərdə tədbirlər planlaşdırılıb.

 

Dünyada ilk Elm Festivalı XIX əsrdə İngiltərədə keçirilib. Festivalın əsas devizi də "İnspire, Educate, Entertain" ( "Ruhlandır, Öyrət, Əyləndir") olub. Festivalın keçirilməsində məqsəd elm və cəmiyyəti, həmçinin, elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri sərgiləmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır. 

 

"Azercell" şirkəti daim Azərbaycanda elm və təhsilin səviyyəsinin yüksəlməsinə, gənclərin biliklərinin artırılmasına yönəlik layihələr icra edir. Elə təkcə Barama layihəsi çərçivəsində bacarıqlı gənclər xeyli kəşflərə, ixtiralara imza atıblar. "Azercell"in dəstəyi ilə startup-lar öz layihələrini reallaşdırmaq üçün imkan əldə edib, xarici investorlarla görüşüblər. "Azercell" həmçinin, uzun müddətdir ki, tələbələr üçün xüsusi təcrübə və təqaüd proqramlarını həyata keçirir. 

 

Odur ki, "Azercell Telekom" ölkədə və Qafqazda bir ilk olan bu yeniliyə - Bakı Elm Festivalının baş tutmasına yardım etməkdən qürur duyur.

 

Sizin Reklam Yeriniz