Əlaqə Arxiv
news Image
2014.10.16
14:50
| A A A
Azərbaycanda "yaz havası" davam edəcək

Azərbaycanda "yaz havası" davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam və gecə bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.


Sizin Reklam Yeriniz