Müəllimlər üçün differensial əməkhaqqı
Azərbaycan Təhsil Nazirliyi Bakının orta
məktəblərində çalışan müəllimlər üçün differensial əməkhaqqı
sisteminin tətbiqi ilə bağlı hökumətə təkliflər verəcək.
Movqe.az-ın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri
Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması
məqsədilə keçirilən tədbirdə çıxış edərkən
deyib. Onun sözlərinə görə, Bakıda
demək olar ki, bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə
iştirak edib: "Bu, sınaq qiymətləndirmədən sonrakı mərhələdə olan
proseslərdən - attestasiyadan, dərs yükünün daha optimal
paylanmasından sonra təhsil sistemində fəaliyyət göstərən
müəllimlərin əməkhaqqı məsələsinə aparan yoldur".
Nazir qeyd edib ki, növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə tədim ediləcək: "Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır".