Əlaqə Arxiv
news Image
2014.10.16
20:55
| A A A
Rus analitik: “Ermənilər Azərbaycan sərhədindən çəkilməlidir”

"Azərbaycan və Ermənistan liderləri nə qədər çox görüşüb müzakirə aparsalar, bir o qədər də situasiyanın pisləşdirən provokatorların imkanları az olar". Movqe.az Axar.az-a istindən bildirir ki, bu sözləri açıqlamasında "Politrus.com" saytının Ekspert Analitik Şəbəkəsinin rəhbəri Vitali Arkov deyib. O, Ermənistan və Azərbaycan arasında silah tətbiq olunmaması haqqında razılığın vacibliyini vurğulayıb:

"İnanmıram ki, Parisdəki görüş Qarabağ konfliktinin həll edilməsinə imkan verəcək. Hələlik heç bir tərəf ciddi güzəştlərə getmək imkanına hazır deyil. Amma Azərbaycan və Ermənistanın nəzarəti altında olan Qarabağın sərhədində silah tətbiq edilməməsi haqqında razılığa nail olmaq çox vacibdir. Mən əvvəllər də demişəm ki, yeni qanlı toqquşmalardan qaçmaq üçün Ermənistan Silahlı Qüvvələri (onlar Dağlıq Qarabağ adı altında maskalansalar da) Azərbaycanla sərhəddən çəkilməli və onları burada Minsk Qrupunun üzvü olan dövlətlərin sülhməramlıları əvəz etməlidir. Bu iki prezidentin danışıqlarının gündəmini dəyişməyə imkan verər. Yəni bir-birini sərhəddəki hərbi toqquşmalarda günahlandırmaq əvəzinə artıq müxtəlif həll, sülh variantlarını müzakirə edərək konstruktiv dialoq apararlar".

Sizin Reklam Yeriniz