Əlaqə Arxiv
news Image
2014.10.16
19:05
| A A A
Bakıda pik saatlarında xəttə əlavə avtobuslar buraxılır
Bakıda pik saatlarında xəttə əlavə avtobuslar buraxılır. Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, hər bir yerdə sərnişin nəqliyyatı ilə bağlı məsələlər araşdırılır və buna uyğun olaraq avtobusların sayı müəyyənləşdirilir: "Bütün bunların hər birinin optimallaşması və marşrutlarda insanlara daha yüksək xidmətin göstərilməsinə ehtiyac yarandığı təqdirdə xəttə əlavə avtobuslar buraxılır". Nazir müavini bildirib ki, marşrutlarda, əsasən, tələbata uyğun avtobusların sayı müəyyənləşdirilir: "Amma sözsüz ki, müəyyən pik saatlarda problemlər yaranır. Təbii ki, bu da əlavə avtobus parkının yaradılmasını zəruri edir. Bununla bağlı olaraq aidiyyəti qurumlar ehtiyatda avtobuslar saxlayırlar. Həmin avtobuslar isə xidmət tərəfindən tənzimlənərək pik saatlarında sərnişinlərə xidmət etməyə cəlb olunur".
Sizin Reklam Yeriniz