Əlaqə Arxiv
news Image
2014.10.17
11:17
| A A A
Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb

Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Trend xəbər verir ki, bu barədə "Milliyyət" qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduqları vilayətlərdə ayrılıb. Həmçinin Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.

O da xəbər verilir ki, Türkiyədəki hava limanlarında Ebola virusunun aşkar olunduğu ölkələrin vətəndaşları yoxlanılacaq.

Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb. Son məlumatlara görə, Ebola virusuna 8914 nəfər yoluxub, onlardan 4447-si ölüb.

Sizin Reklam Yeriniz