Əlaqə Arxiv
news Image
2014.10.17
16:21
| A A A
Gələcəyini qoru!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Gənclik" İctimai Birliyi tərəfindən "Gələcəyini qoru!" layihəsinin icrası başa çatmış və MONT İNN otelində yekun tədbiri həyata keçirilmişdir.Cəmiyyətimizi, xüsusən gəncləri ekoloji cəhətdən maarifləndirməyə hədəflənmiş layihənin əsas məqsədi vətənimizin təbii gözəlliyini, zəngin növ müxtəlifliyini Azərbaycanın hər bir vətəndaşına nümayiş etdirmək, onu necə qorumalı olduğumuzu gənclərin dilindən insanlara çatdırmaqla yanaşı, müxtəlif mənbələrin araşdırılması yolu ilə işğal altındakı torpaqlarımızdakı hazırki ekoloji şəraitin öyrənilməsidir.

Layihə çərçivəsində layihə iştirakçıları ilə mütəxəssislər arasında Azərbaycanın bitki örtüyü, heyvanat aləmi, təbii sərvətlərimiz, onlardan səmərəli istifadə yolları, ekoloji mədəniyyət və təbiəti qoruma mövzularını əhatə edən görüşlər keçirilmişdir.Tədbirdə layihə müddətində Azərbaycanın ekoloji vəziyyəti haqqında araşdırma aparmış hər bir gənc qonaqlara öz araşdırmaları və onların nəticələri haqqında geniş məlumat vermişdir.

Sonda bu araşdırmaların ümumiləşdirilərək nəşr olunduğu "Gələcəyini qoru!" adlı kitabın təqdimatı keçirildi.

Layihə iştirakçıları sertifikatla təltif olundular.

Sizin Reklam Yeriniz