Əlaqə Arxiv
news Image
2014.10.18
11:01
| A A A
İraqda ikinci “Kərbəla müsibəti” gözlənilir

Kabonidə geri çəkilməyə məcbur olan İŞİD İraqda mövqelərini möhkəmlədir.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Ənbar əyalətinin 85 faizinə nəzarət edən terrorçular Bağdad hava limanının 30 kilometrliyindəki Fəllucə şəhərinin Amiriyə nahiyəsini mühasirəyə alıb.

İraq ordusu bildirib ki, əgər Amiriyə ələ keçirilərsə İraqın mərkəzində yerləşən Bağdad, Babil və Kərbəla şəhərləri də ciddi təhlükə ilə üzləşəcək.

Ekspertlər hesab edirlər ki, Bağdad paytaxt, Kərbəla isə şiələrin dini mərkəzi olduğundan, ərazidə yenidən "Kərbəla müsibəti" qaçılmaz olacaq.

Qeyd edək ki, Fəllucə Bağdaddan 70 km qərbdə, Fərat çayının sahilində yerləşir.

Sizin Reklam Yeriniz