Əlaqə Arxiv
news Image
2014.10.18
19:00
| A A A
Bakıda 23 minlik oğurluğun üstü açıldı

Bakıda oğurluq edən şəxslər yaxalanıb. Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən  verilən məlumata görə sentyabrın 24-ə keçən gecə Biləcəri qəsəbəsi, Binəqədi şossesində yaşayan Oktay Əsədovun evindən pəncərədən keçməklə 23.000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Abşeron rayon sakini 1985-ci il təvəllüdlü Coşqun Mirzəyev və Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Asif Novruzov tutulublar.

Onların əvvəllər də məhkum olunduqları bildirilir.

Sizin Reklam Yeriniz