Əlaqə Arxiv
news Image
2014.10.18
21:01
| A A A
Paytaxtda avtomobil oğrusu tutuldu

Paytaxtda avtomobil oğrusu tutulub. Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 15-də Qaraçuxur qəsəbəsi İ.Mustafayev küçəsinin qarşısından qəsəbə sakini Orxan İsmayılovun "Kia Sorento"markalı avtomobili qaçırılıb.

Suraxanı RPİ 32-ci PB və Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Varis Məmmədov Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində avtomobillə birlikdə saxlanılıb.

Sizin Reklam Yeriniz