Əlaqə Arxiv
news Image
2014.10.18
23:14
| A A A
Putinin Sərkisyana Qarabağa görə qəzəbləndiyi an

Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkiyana Qarabağa görə qəzəbləndiyi xəbərləri yayıldı.


Movqe.az publika.az-a istinadən xəbər verir ki, oktyabrın 10-da Minskdə keçirilən Avrasiya İttifaqının sammitində Kremlin başçısı Sərkisyana əsəbiləşib.


Bu barədə Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen Moskvadakı mənbələrdən əldə etdiyi məlumata əsasən açıqlama verib.



"Moskvadakı mənbələrdən mənə daxil olan məlumata görə, Sərkisyanın Qarabağ məsələsində güzəştə getmək istəməməsi Putini çox qıcıqlandırır. Çünki Putin Ukrayna münaqişəsini əsas götürərək Qarabağ münaqişəsinin nizama salınmasına çalışır. Başlanğıc üçün, Azərbaycanın Qərb yönümlü siyasətdən imtina etməsi, Ermənistanın isə bir neçə rayonu qaytarması lazımdır. Strateji hədəfdə Azərbaycanın Avrasiya İttifaqına daxil olması var. Bunun üçün Rusiya Qarabağı Azərbaycana qaytarmalı olacaq. Çünki başqa cür Bakının Moskvaya doğru oriyentasiyasını dəyişdirmək mümkün deyil. Sərkisyan buna razı olar, amma Ermənistandakı Qarabağ klanı buna maneə yaradır", - deyə amerikalı analitik vurğulayıb.



Bu gün sosial şəbəkələrdə Putinlə Sərkisyanın maraqlı fotosu yayılıb. "Putinin Sərkisyana qəzəbləndiyi an" şərhi ilə paylaşılan fotoda Rusiya prezidenti erməni prezidentinə qəzəbli gözlərlə baxır. Güman edilir ki, foto Minsk sammitində çəkilib.


Sizin Reklam Yeriniz