Qusarda qəza: 1 ölü
Qusar rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb.
Movqe.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus "MİTSUBİSHİ" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.