Əlaqə Arxiv
news Image
2014.10.19
17:13
| A A A
Kran aşdı, sürücü yaralandı

Bakının Qaradağ rayonunda "Liebherr-HS" markalı kran yük qaldıran zaman aşıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, kranı idarə edən sürücü kabinə hissədə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü kabinədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Sizin Reklam Yeriniz