Əlaqə Arxiv
news Image
2014.10.20
12:30
| A A A
Bina evlərində yaşayanlara şad xəbər-Eksklüziv

"Azəristiliktəchizat" ASC tərəfindən növbəti payız-qış mövsümündə 3500 yaşayış binası istiliklə təmin olunacaq. Movqe.az-a bu məlumatı "Azəristiliktəchizat" ASC-nin  Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev  verib. R. Əliyev bildirib ki, ötən mövsüm respublika üzrə yaşayış binalarının istiliklə təhcizatı 3140 olub. R. Əliyev bildirib ki, bu mövsüm 539 qazanxana və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcək: " Bu da 2014/2015-ci illər payız-qış mövsümündə 3500 yaşayış binasının,150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunmasına imkan verəcək. Bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə "Azəristiliktəchizat" ASC tərəfindən 956 saylı "Qaynar xətt" istifadəyə verilmişdir ki, bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaqdır. Eyni zamanda "Azəristiliktəchizat" ASC-nin azeristilik.gov.az saytı fəaliyyətə başlayıb ki, bu sayt vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər. Sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması məqsədi ilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan hökumət ödəniş portalına qoşulub".

Sizin Reklam Yeriniz