Meksikada güclü qasırğa
Meksikanın cənubunda təsirli olan qasırğa Trudinin səbəb olduğu torpaq sürüşməsi və seldə 6 nəfərin həlak olduğu bildirilib.
Guerrero əyaləti Mülki Müdafiə Təşkilatı Müdir müavini Raul Miliani, Acapulco əyalətinin Ometepec bölgəsindəki torpaq sürüşməsində 70 yaşındakı bir nəfərin, Oaxaca əyalətindəki seldə isə 5 nəfərin öldüyünü söyləyib.
Qasırğa səbəbiylə 36 bölgədə fövqəadə hal elan etdiklərini bildirən Miliani, təxminən 4 min nəfərin evlərindən evakuasiya edilərək etibarlı bölgələrdə qurulan çadırlara yönləndirildiyini qeyd edib.