Əlaqə Arxiv
news Image
2014.10.21
11:25
| A A A
“Azərsun Holdinq” milli mətbəximizin təbliğində dəstəyinə görə mükafatlandırılıb - FOTOSESSİYA

Bu gün Bakıda Beynəlxalq Kulinariya günü qeyd edilib. "Azərsun Holdinq"dən Movqe.az-a verilən məlumata görə, Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə keçən tədbirdə ötən ilin yekunları vurularaq, Azərbaycan kulinarların fəaliyyəti, qazandığı yerli və beynəlxalq uğurlardan bəhs edilib.Tədbirdə çıxış edən Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov mərkəzin fəaliyyətinə həsr olunan hesabatla çıxış edərək, son 1 il ərzində Azərbaycan milli kulinariya komandasının qatıldığı beynəlxalq tədbirlər və bu çempionatlardan Azərbaycan adına qazanılan qızıl medallar, kubok və diplom mükafatlarından bəhs edib. Sevindirici haldır ki, beynəlxalq səfərlərdə kulinarlarımız bir qayda olaraq yüksək keyfiyyəti ilə seçilən "Azərsun Holdinq" məhsullarından istifadə edirlər. 

İstər əsas yeməklərimizdə, istər salat və ya şirniyyatlarımızda, eyni zamanda milli mətbəximizin şahı olan plovun hazırlanmasında əvəzsiz olan "Super Sun", "Möcüzə", "Zeytun Bağları" və digər yağ məhsullarımız, heç şübhəsiz ki, kulinarlarımızın qazandığı uğurda böyük paya sahibdirlər. T. Əmiraslanov "Azəsun Holdinq"in yağ məhsulları ilə bərabər, Azərbaycanın müxtəlif regionlarında keçirilən Şəki Şirniyyat, Qəbələ Mürəbbə, Lerik Plov festivallarında "Azərçay", "Bizim Tarla", "Şokki Mokki", "Royal" və digər məhsulların iştirakından bəhs edib.

 

Tədbirdə "Azərsun Holdinq" milli mətbəximizin təbliğində dəstəyinə görə xüsusi diplom ilə təltif edilib.


Sizin Reklam Yeriniz