Əlaqə Arxiv
news Image
2014.10.21
11:50
| A A A
Təhsil Nazirliyindən Dərbənd filialının bağlanmasına-"Qanuni əsasla təhsil almırlarsa, yəqin ki"

Təhsil Nazirliyi Azərbaycanın bir çox ali təhsil müəssisələrinin əməkdaşlıq haqqında memorandum imzaladığı Dağıstan Dövlət Pedaqoji Universitetinin və onun Dərbənd filialının dövlət akkreditasiyasının ləğv edilməsi nəticəsində hazırda təhsil alan tələbələrin taleyinə aydınlıq gətirib.  Movqe.az-a bu barədə danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, nazirlik sözügedən universitetin və onun filialının akkreditasiyasının ləğvi ilə bağlı heç bir açıqlama verə bilməz: "Akkreditasiyasının ləğvini bu barədə qərar verən qurumdan öyrənin. O ki, qaldı orada təhsil alan azərbaycanlı tələbələrin gələcək taleyinə, əgər onlar qanunla universitetə daxil olublarsa, heç bir problem olmayacaq. Qanuni əsasla təhsil almırlarsa, yəqin ki, problemlər yaranacaq".

Qeyd edək ki, bu barədə qərarı Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi verib. Təhsil və Elm Nazirliyinin akkreditasiyanı ləğv etməsinə səbəb isə universitetin təhsil keyfiyyətinin müvafiq standartlara cavab verməməsi olub. Xatırladaq ki, Azərbaycanın bir çox ali təhsil müəssisələri Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Bunların sırasında BDU, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti var.

 

Sizin Reklam Yeriniz