Əlaqə Arxiv
news Image
2014.10.22
12:09
| A A A
İngiltərə qasırğadan yenə əziyyət çəkir

İngiltərənin sahil zolağında təsirli olan Qonzalo qasırğasında 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Saatda təxminən 120 kilometr sürətə irəliləyən qasırğa Britaniyada həyatı iflic edib.

London mərkəzdə dünən səhər bir qadın şiddətli küləyin təsiriylə aşan ağacın altında can verib. Şərqi İngiltərənin Essex bölgəsində isə bir nəfər avtomobilini təmir etməyə çalışarkən şiddətli qasırğanın təsiriylə hərəkət edən avtomobilin altında qalaraq həlak olub. Liverpulda 63 yaşındakı bir şəxs isə şiddətli küləyin və leysan yağışın təsiriylə səhərə qarşı körpü divarına dəyərək qəza edib və həlak olub.



Sizin Reklam Yeriniz