Əlaqə Arxiv
news Image
2014.10.22
14:23
| A A A
Qarabağ üçün ağlabatan təklif
Almaniya Bundestaqının deputatı, "Almaniya - Cənubi Qafqaz" dostluq qrupunun sədr müavini Katrin Kunert Dağlıq Qarabağ münaqişəsinin nizama salması ilə bağlı maraqlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, o, Almaniya federal hokümətini "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Rusiyanın son səylərini dəstəkləyib: "Bu ilin avqustunda atəşkəs rejiminin kobud şəkildə pozulması tərəflərarasında tammiqyaslı müharibəyə gətirib çıxarmadı. Bu, xüsusilə Rusiyanın xidmətidir."

Onun sözlərinə görə, iki ölkə arasında sülh danışıqlarının səmərəli şəkildə davamı üçün ATƏT-in Minsk qrupuna təcili surətdə maliyyə və kadr potensialını artırmaq üçün yeni işçi strukturu lazımdır.

O deyib ki, ümumiyyətlə, Cənubi Qafqazdakı dövlətlərarası münaqişələr sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Qarşı tərəflər bunun üçün güzəştlərə hazır olmalı və hərbi ritorikadan imtina etməlidirlər. İlk mərhələdə Ermənistan Dağlıq Qarabağın ətrafında yerləşən Azərbaycan ərazilərində hərbi işğalını dayandırmalıdır və təqribən 610 min azərbaycanlı məcburi köçkünün doğma yurduna qayıdışı təmin edilməlidir.

Bundestaq üzvü söyləyib ki, Azərbaycan, öz növbəsində, Dağlıq Qarabağın erməni sakinlərinin təhlükəsizliyi ilə bağlı hüquqi zəmanət verməlidir. Beləliklə, müharibənin yenilənməsinin təhlükəsi minimuma yaxınlaşacaq və burada yaşayan əhalinin hər iki qrupunun iştirakı ilə demokratik şəkildə Dağlıq Qarabağın siyasi statusu müəyyənləşəcək.

Deputat Almaniya hökumətini ATƏT-in Minsk qrupunun üzvü kimi, bu istiqamətdə səylərini artırmağa, bunu konkret addımları ilə təsdiqləməyə çağırıb.


Sizin Reklam Yeriniz