Əlaqə Arxiv
news Image
2014.10.22
16:00
| A A A
Akif Əlizadə: “AMEA tabeliyində olan institutlara bundan sonra maliyyə ayırmayacaq”
“AMEA-nın tərkibində magistratura pilləsinin yaradılması məsələsi artıq həll olunub”

"AMEA-da islahatlar davam edir. AMEA tabeliyində olan institutlara bundan sonra maliyyə ayırmayacaq".

 

Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə deyib.

 

Onun sözlərinə görə, xüsusi müsabiqəli elmi proqramlar təsis olunacaq ki, onlar büdcədən maliyyələşəcək: "Bu isə o deməkdir ki, elmi fəaliyyətin davam etdirilməsi üçün ayrılan vəsait, aktual problemləri əhatə edəcəyi təqdirdə onlara maliyyə ayrılacaq. Bu isə alimlərin çalışmasını stimullaşdıracaq. Müsabiqəli elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi məhz gənclərin elmə marağının daha da artmasına xidmət edəcək. Gənclərin bu müsabiqələrdə iştirakı isə vacibdir. Çünki bu proqramlar bilavasitə gənclərə elə şərait yaradılacaq ki, onlar əvvəllər 200 manat vəsaitlə təmin olunurdularsa, indi 1200 manatla təmin olunsunlar. Bundan əlavə, AMEA mütəmadi müsabiqələrin keçirilməsini planlaşdırır. Bu müsabiqələr isə gənclərin impakt faktorlu jurnallarda məqalələrinin çap olunmasına şərait yaradacaq. İstinad indeksi məşhur olan elmi jurnallarda da məqalələrin çapı nəzərdə tutulur".

A. Əlizadə gənc alimlərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlərdən də danışıb: "Onların yeni mənzillərlə təminatı, istirahətlərinin səmərəli təşkili diqqət mərkəzindədir. Xatırlayırsınızsa, incəsənət xadimləri üçün "Art City" ayrılmışdı. O şəhərcik məhz incəsənət xadimlərinin istifadəsinə verildi. Biz də bu istiqamətdə prezidentə müraciət etmişik ki, elmlər akademiyasının üzvləri, gənc alimlər üçün "Science City" elm şəhərciyinin yaradılmasını təmin etsin. Burda əsas üstünlük gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldiləcək. Bu isə 30-50 yaş qrupunu əhatə edəcək elm adamlarının həyat şəraitinin yaxşılaşdırılmaq məqsədi daşıyır".

AMEA-nın tərkibində magistratura pilləsinin yaradılması probleminin artıq həll olunduğunu deyən A. Əlizadə bildirib ki, artıq ixtisaslar da ayrılıb: "Bu ixtisasların sayı  47-dir. AMEA-da magistratura problemi digər ali təhsil ocaqlarındakından fərqlidir. Çünki bizə oxşar magistratura yaratmaq gərəkli deyil. Məsələn, AMEA üçün vacib olan odur ki, bakalavrlar magistratura pilləsində Azərbaycan elminə lazım olan qədim dillər üzrə biliklərini dərinləşdirsinlər, qədim erməni, yunan və ölü dilləri öyrənsinlər".

Sizin Reklam Yeriniz