Əlaqə Arxiv
news Image
2014.10.22
18:26
| A A A
“Anamın kitabı” pyes müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

AzərbaycanDövlət Gənc Tamaşaçılar Teatrında Hədəf Nəşrlərinin təsis etdiyi, "Kitabevim.az" və Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı, Medika Hospital və Hədəf Kurslarının sponsorluğu ilə həyata keçirilən "Anamın kitabı" pyes müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə "Anamın kitabı" ədəbi mükafatının münsiflər heyətinin sədri,AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli açıb. Sonra Hədəf Nəşrlərinin təsisçisi, "Anamın kitabı" ədəbi mükafatının ideya müəllifi,Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq çıxış edib. Qonaqlara və tədbir iştirakçılarına mükafat və müsabiqəyə təqdim edilən əsərlər barədə ətraflı məlumat verilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov teatrın inkişafında "Anamın kitabı" pyes müsabiqəsinin rolundan danışaraq qalibləri təbrik edib.

Bildirilib ki, Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədilə təsis olunan "Anamın kitabı" ədəbi mükafatının builki müsabiqəsinə fevral ayının 21-də start verilib. Mayın sonuna qədər davam edən əsər qəbulu prosesində müsabiqəyə 50-dən çox pyes buraxılıb. İyunun 15-nə qədər əsərlər Ekspert Şurası tərəfindən qiymətləndirilib və onluq müəyyənləşib.

Münsiflər heyətinin qərarına görə birinci yerin qalibi "Ürəyində arzu tut" əsəri ilə ən yüksək bal toplamışgənc yazar Sevinc El Sevərin olub.İlk üçlükdə sonrakı yerləri müvafiq olaraq Şəbnəm Xeyrulla və Qanun Ümman Qahablı tutub. Onluqda müvafiq ballar üzrə siyahıda Günel Kərimli, Murad Nuriyev, Şəhriyar del Gerani, Ülviyyə Tahir, Elşən Feyzulla, Zöhrə İsmayılova və Natəvan Mikayılova yer alıb.Münsiflər Heyətinin qərarı ilə Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyi "Sezar" əsərinə görə "Anamın kitabı" fəxri mükafatına, İlqar Fəhmi və Azad Qaradərəli isə müsabiqənin fəxri diplomlarına layiq görülüb.Tədbirdə ilk 4 yerin qaliblərinə 2 min manat həcmində pul mükafatı verilib. Tədbirdə verilən məlumata görə, növbəti illərdə mükafat fondu arta bilər. Builki müsabiqədə birinci yerin qalibinə 1000 manat və "Anamın kitabı" ədəbi mükafatı, ikinci yeri tutana 500, üçüncü və dördüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunub.

Layihənin rəhbəri, yazıçı Müşfiq Xanın verdiyi məlumata görə, gələn ildən mükafatın məbləğinin artırılması nəzərdə tutulub. Qeyd edək ki, birinci yeri tutan pyes Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə tamaşaya qoyulacaq.

Təqdimat mərasimi Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynovun C.Məmmədquluzadənin "Azərbaycan" məqaləsini səsləndirməsi, xalq artisti Samir Cəfərovun ifası və Zöhrə Cəfərovanın Mirzə Cəlil yaradıcılığından söylədiyi "Gülbahar" monoloqu ilə başa çatıb.

Onluğa düşən bütün əsərlərin yer aldığı toplu,həmçinin Hədəf Nəşrləri tərəfindən yeni tərtibatda nəşr edilmiş Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri tədbiriştirakçılarına hədiyyə edilib.

Sizin Reklam Yeriniz