Əlaqə Arxiv
news Image
2014.10.22
12:29
| A A A
“Embavood” dünya sərgisində

Mebel istehsalı ilə məşğul olan Masallının məşhur "Embavood" hər il dünyanın ayrı-ayrı ölkələrində təşkil olunan beynəlxalq sərgilərdə iştirak edir. Kollektiv ayrı-ayrı vaxtlarda Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və sair yerlərdə keçirilən tədbirlərə qatılmış və məhsulları böyük marağa səbəb olmuşdur.

Bu yaxınlarda isə "Embavood" ilk Avropa sərgisinə qatılıb. Sentyabrın ikinci ongünlüyündə Almaniyanın Bad Zalzulfen şəhərində beynəlxalq mebel təchizatçıları və interyer dizayn üzrə "M.O.W 2014" sərgisi keçirilib və sərgiyə dünyanın bir çox tanınmış mebel şirkətləri qatılmışdır. Sərgi Almaniya və Avropa mebel sənayesi alıcıları üçün ixtisaslaşmış bir tədbirə çevrilmişdir. Burada yeni dizaynların təqdimatı ilə yanaşı, hər bir insanın xəyal edə biləcəyi interyer həlli və otaqlar üçün mebel düzümünün variantları təqdim olunur. Bir sözlə, evin sıfırdan təmin edilməsi üçün lazım olan hər cür mebel sərgilənmişdir.

Azərbaycanı təmsil edən "Embavood" istər müasir dizaynlı mebellərə, istərsə də konsept həllə görə sərgidə çox bəyənilən stendlərdən biri olmuşdur. Şirkətin Almaniyada olan tərəfdaşı Boskrat Heinzenin sözünə görə, "Embavood" Almaniya, Avstriya və İsveçrə dillerləri tərəfindən böyük rəğbət qazanmışdır.

Şirkət rəhbərliyi və nümayəndələri yaxın 3 ildə "Embavood" Azərbaycan brendini Avropada inkişaf etdirib tanıtmaqla yanaşı, yeni şəbəkə qurmağı qarşıya məqsəd qoymuşdur.

Xatırladaq ki, Masallının "Embavood" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. İlk fabrikini Azərbaycanda quran (Masallı mebel fabriki) şirkətin dünyanın bir çox ölkələrində müəssisəsi fəaliyyət göstərir. Fabriklərdə istehsal olunan məhsullar Orta Asiya, Cənubi Qafqaz, Şərqi Avropa ölkələrinə ixrac edilir. İdarəetmə standartları 2004-cü ildən etibarən İSO 9001:2008 "Beynəlxalq keyfiyyətin idarəedilməsi sistemi" üzrə və İSO 9001 "Dizayn istehsalat və satış" üzrə sertifikatlaşıb.

"Embavood"un 10-dan artıq ölkədə mağazaları, Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Qazaxıstanda fabrikləri fəaliyyət göstərir. Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliyi var.

Sizin Reklam Yeriniz