Əlaqə Arxiv
news Image
2014.10.22
19:15
| A A A
Sabah Bakının mərkəzi susuz qalacaq

Sabah Bakının bəzi yerləri susuz qalacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində 500 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar 23 oktyabr 2014-cü il tarixdə Ruhulla Axundov, Füzuli, 28 May, Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə içməli su gün ərzində məhdudiyyətlə veriləcək. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Sizin Reklam Yeriniz