Əlaqə Arxiv
news Image
2014.10.23
16:30
| A A A
1 milyona yaxın yeni doğulmuş uşağa Elektron Sağlamlıq Kartı verilib

Bu günə qədər Azərbaycanda 1 milyona yaxın yenidoğulmuş uşağa Elektron Sağlamlıq Kartı verilib.

Movqe.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva "Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər" mövzusunda keçirilən yüksək səviyyəli siyasət seminarda çıxışı zamanı deyib ki, "Elektron Azərbaycan" Dövlət Proqramına uyğun olaraq 12 istiqamət üzrə tibbi elektron registr, vətəndaşlara "Elektron Sağlamlıq Kartı" sistemi və vahid səhiyyə sistemi yaradılıb. Onun sözlərinə görə, hazırda respublika üzrə minə yaxın işçi yeri sistemə qoşulub və müvafiq işçi heyətinə təlimlər keçirilib. Səhiyyə Nazirliyi üzrə 28 elektron xidmət hazırlanaraq istifadəyə verilib və 27 elektron xidmət "Elektron hökumət" portalına qoşulub: "Dərman təchizatının yaxşılaşdırılması məqsədilə stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb. Bu ildən ölkə üzrə dərmanların mərkəzləşdirilmiş qaydada təchizatına başlanıb. İldən-ilə dövlət büdcəsindən səhiyyəyə daha çox vəsait ayrılır. Belə ki, 2005-ci illə müqayisədə 2014-cü ildə bu vəsait 6 dəfədən çox artaraq 725.0 milyon manat təşkil edib. Ötən illər ərzində 10-dan artıq dövlət proqramı həyata keçirilib. Müxtəlif xəstəliklər üzrə 80-dən çox klinik protokol hazırlanıb".


Sizin Reklam Yeriniz