Əlaqə Arxiv
news Image
2014.10.23
21:39
| A A A
Ceyms Uorlik danışdı...

Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının Dağlıq Qarabağ münaqişəsinə mümkün təsiri ilə bağlı Trend-in sorğusuna cavabında bildirib.

C.Uorlik qeyd edib: "Ermənistan hökuməti öz qərarını verib və biz də bu qərara hörmət edirik. Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. Ümidvarıq ki, prezidentlər son vaxtlarda keçirdikləri görüşləri nəzərə alaraq, münaqişənin həll istiqamətində üzərilərinə öhdəlik götürəcəklər".

O, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki cari vəziyyətə də toxunub: "Təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca vəziyyət bu yay baş vermiş gərginlikdən sonra stabilləşibAncaq ümumilikdə gərginlik var".

Amerikalı həmsədr son zamanlar atəşkəs rejiminin pozulması, xüsusilə də mülki əhalinin hədəfə alınması ilə bağlı məlumatların narahatlıq doğurduğunu bildirib: "Mülki şəxslərin hədəfə alınmasına heç bir bəraət qazandırmaq olmaz".

Sizin Reklam Yeriniz