Əlaqə Arxiv
news Image
2014.10.23
19:05
| A A A
Zakir Qaralov Avropa Şurasının komissarı ilə görüşüb

Oktyabrın 23-də baş prokuror Zakir Qaralov Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Avropa Şurası və onun institutları ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayan baş prokuror prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, insan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, həmçinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar görülmüş konkret işlər barədə ətraflı danışıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin insan hüquq və azadlıqlarının daha dolğun müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran baş prokuror son illər ərzində prokurorluq orqanlarında bu sahədə həyata keçirilmiş islahatlar barəsində geniş məlumat verib.

Avropa Şurası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən N. Mujnieks bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filippoviç və digər rəsmi şəxslər iştirak edib.

Sizin Reklam Yeriniz