Əlaqə Arxiv
news Image
2014.10.24
16:40
| A A A
"XIRDALAN" metrostansiyası tikilir

"Metro sisteminin genişləndirilməsində inkişaf ilk növbədə Xırdalan istiqamətinə yönəldiriləcək". Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev məlumat verib.

 Onun sözlərinə görə, Böyük Bakının Regional İnkişaf Planında dəmir yollarının bərpa olunması və yenidən istifadəsi, yeni dəmiryolu xətlərinin salınması nəzərdə tutulur. Plan təsdiq olunduğu halda işlərə başlanılacağını deyən Komitə rəsmisi, ümumiyyətlə planda Bakı metrosunun genişləndirilməsinin nəzərdə tutulduğunu söyləyib.

 "2015-2030-cu illərdə metro xətləri, dəmir yolları və sürətli avtomobil yolları çəkiləcək. Baş Planda göstərilən Bakı ətrafında çox zolaqlı dairəvi yolun salınması, Dəniz limanının Bakıdan Ələtə köçürülməsi, "Ağ şəhər" layihəsi və Böyük Şor ərazisində Olimpiya şəhərçiyi salınması işlərinə artıq başlanılıb" - deyə C.Qocayev bildirib.

Sizin Reklam Yeriniz