Əlaqə Arxiv
news Image
2014.10.24
17:21
| A A A
Ebola 6 ay ərzində nəzarətə alınacaq?

Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç Dərnəkləri Federasiyası Başçısı Elhadj As Sy, Ebola diaqnozu qoyulan xəstələrin dərhal karantinə alınıb müalicə edilməsi və cənazələrin doğru şəkildə qaldırılmasıyla 4-6 ay ərzindəö epidemiyanın nəzarət altına alına biləcəyini söyləyib. ABŞ-lı dərman şirkəti Johnson & Johnson isə Danimarkadakı səhiyyə şirkəti Bavarian Nordiclə Ebola peyvəndi inkişaf etdirdiklərini bildirib. Klinika təcrübələrdə istifadə etdikləri dozanın, 2015-ci ilə qədər istehsal olunması planlaşdırılır. Dünya Səhiyyə Təşkilatı (WHO), epidemiyada ölənlərin sayının 4877-yə yüksəldiyini açıqlayıb. Böyük hissəsi Qərbi Afrikadakı Liberiya, Qvineya və Sierra Leonedə olmaqla 9936 ebola hadisəsi təsbit edilib.



Movqe.az xəbər verir ki, ebolaya Liberyada tutulan ABŞ-lı operator Ashoka Mukpo, tamamilə yaxşılaşıb. Nebraskada müalicə gördüyü xəstəxanadan təcrid edilən Mukpo, çox şanslı olduğunu, ebolayla mübarizə aparan digər minlərlə insanın da xilas olması üçün dua etdiyini söyləyib.


Bu vaxt, Microsoftun qurucularından ABŞ-lı milyarder iş adamı Paul Allen da, ebolayla mübarizə üçün 100 milyon dollar bağışlayacağını açıqlayıb.

Sizin Reklam Yeriniz