Əlaqə Arxiv
news Image
2014.10.25
11:12
| A A A
Paytaxtda zəncirvari qəzada 3 maşın əzildi
Bakının Yasamal rayonunda qəza baş verib.Movqe.az-ın milli.az-a istinadla  məlumatına görə, hadisə Şərifzadə -163 ünvanında qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan "Mitsubishi" markalı minik maşını işıqforun qırmızı işığında dönmək istəyən "Mercedes"i, daha sonra isə "Volkswagen"i vurub. Baş verən qəzada xəsarət alan olmasa da hər 3 avtomobilə ziyan dəyib. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəliblər. İlkin ehtimallara görə, qəzanın baş verməsinə "Mercedes"in sürücüsü səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz