Əlaqə Arxiv
news Image
2014.10.25
11:58
| A A A
Sarkisyan ABŞ-da həbs edildi
ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhər polisi 2 erməni fırıldaqçını yaxalayıb.Movqe.az xəbər verir ki, bu haqda məlumatı "Glendale News-Press" saytı yayıb.
Məlumatda deyilir ki, ərazidə nəzarət aparan polis əməkdaşları görüblər ki, 53 yaşlı Ovik Muradyan bir çantanı 31 yaşlı Arman Sarkisyana verib. O isə yanacaq doldurma stansiyasına daxil olub. Bundan şübhələnən polislər çantanı müsadirə ediblər. Çantada 40 bankomat kartı aşkar edilib.
Ermənilərin şəxsi avtomobillərində aparılan araşdırmalardan sonra məlum olub ki, onlar fırıldaq yolu ilə 10 nəfərə məxsus olan ödəmə kartlarını ələ keçirib və 7100 dollar mənimsəyib.

Sizin Reklam Yeriniz